Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə növbədənkənar seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.
Viral.az xəbər verir ki, Məzahir Pənahovun sözlərinə görə, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 5895 protokol daxil olub.
O bildirib ki, parlament seçkilərində 2 milyon 196 min 711 nəfər səs verib.