Yayda müxtəlif ölkələrin klubları arasında transfer olunan futbolçuların sayında rekord qeydə alınıb.
Viral.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Transferlərin ümumi sayı hazırda 10,9 mini ötüb. Kişi futbolunda ümumi transfer xərcləri 6,4 milyard dollara çatıb ki, bu da tarixdə ikinci ən yüksək göstəricidir.
Son Yazılar:
- Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ
- Təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ
- Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
Ən çox transfer İngiltərə klubları arasında baş tutub. 526 futbolçu (1,60 milyard dollar) alınıb, 523 (1,25 milyard dollar) oyunçu satılıb. Bu göstəricilər bu yay dünyada ən yüksək olub.
Futbolçulara xərclənən vəsaitə görə İngiltərədən sonra İtaliya klubları (825 milyon dollar) gəlir. Bu mənada Fransa üçüncüdür (697 milyon dollar).
Satış gəlirlərinə görə isə Fransa klubları ikinci (756 milyon dollar), İspaniya təmsilçiləri üçüncü yerdə (556 milyon dollar) qərarlaşıb.