Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya yüksək vəzifə verilib.
Viral.az modern.az-a istinadən xəbər verir ki, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.
O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.
Son Yazılar:
- 65 yaşını keçən müəllim fəaliyyətini davam etdirə bilər? – RƏSMİ
- Prezident ona “Şöhrət” ordeni VERDİ – FOTO
- Prezident “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavəni təsdiq ETDİ
O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.