Sabah saat 06:00-dan etibarən Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə dairəsi”-dən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.