UEFA Millətlər Liqası: Millimiz fərqi azaltdı – YENİLƏNİB

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan – İsveç matçında millimiz fərqi azaldıb.

Viral.az-ın məlumatına görə, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə millimiz fərqi 2 topa endirib İsveç millisi fərqi artırıb – 3:1.

65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənib. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Son Yazılar:

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

21:37

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan – İsveç matçında növbəti qol vurulub.

Viral.az-ın məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir – 2:0.

65 və 71-ci dəqiqələrdə Aleksander İsak fərqlənib.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

21:31

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan – İsveç matçında hesab açılıb.

Viral.azın məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir – 1:0.

65-ci dəqiqədə Aleksander İsak fərqlənib.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

21:15

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan – İsveç matçında ikinci hissə başlayıb.

Viral.azın məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə hesab açılmayıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

20:53

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan – İsveç matçında ilk hissə başa çatıb.

Viral.az-ın məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə qolsuz yollanıb.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.

***

20:00

UEFA Millətlər Liqasında Azərbaycan – İsveç matçına start verilib.

Viral.az-ın məlumatına görə, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.