Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, OPEC+ ölkələri neft hasilatının bərpasını təxirə salmaq və gündəlik 2,2 milyon barel könüllü hasilat azaltmalarını dekabr ayına qədər uzatmaq qərarına gəlib.
Viral.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, OPEC+ ölkələri həmçinin hasilatı bərpa edəcəkləri qrafiki də yeniləyiblər. Belə ki, bir sıra ölkələr 2024-cü il dekabrın 1-dən alyans üzvlərinin daha əvvəl razılaşdığı kimi, 2025-ci ilin sentyabrına qədər deyil, 2025-ci ilin noyabrına qədər hasilatı tələb olunan kvotalara qədər tədricən artıra biləcəklər.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Eyni zamanda, OPEC+ ölkələri zərurət yarandıqda artımı dayandırmaq və ya parametrlərə düzəliş etmək imkanlarını özündə saxlayır.