Lerikdə bu məsələlərə qarşı nəzarət gücləndirildi

Azərbaycanın bütün bölgələrində ərazilərin təmiz saxlanılması, sanitariya-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən diqqətdə saxlanılır.

Bu barədə Viral.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, turizm zonalarından biri olan Lerikdə bu istiqamətdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara, o cümlədən istirahət mərkəzlərinin səlahiyyətli nümayəndlərinə məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıqlar edilib.

Son Yazılar:

Keçirilən tədbirlər zamanı ərazinin zibillənməsi ilə bağlı aşkarlanan hallar üzrə İnzibati tənbeh tədbirləri görülüb. Polis və aidiyyəti dövlət qurumları tərəfindən antisanitar vəziyyət aradan qaldırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.