Ağdaşa toya dəvət olunan Qobustan sakininin qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Viral.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Qobustan rayonunun Nərimankənd kənd sakini, 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.
İlkin məlumata görə, İ. İsgəndərli ilə toya dəvət olunan digər şəxs və ya şəxslər arasında yaranan mübahisə sonradan davaya çevrilib. Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Son Yazılar:
- Bakıda yağış, bu ərazilərdə qar yağacaq
- Bakıda bu ərazilər plana düşdü – Tezliklə söküləcək – FOTO
- Bakıda yağış, bəzi ərazilərdə qar yağacaq
Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.