İyunun 2-də Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turu təşkil edilib.
Təhsil İnstitutundan Viral.az-a verilən məlumata görə, imtahanlar Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 mərkəzdə keçirilib. Ümumilikdə, 1377 nəfər şagird final turunda iştirak hüququ əldə edib.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında şagirdlərə 25 qapalı, Fənn müsabiqələrində isə 15 açıq sual təqdim olunub.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Məktəblilərarası fənn müsabiqələrində hər bir istiqamət üzrə 42 və 42-ci şagirdlə eyni nəticə göstərmiş şagirdlər, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında isə 60 və 60-cı şagirdlə eyni nəticə göstərmiş şagirdlər qalib hesab olunur.
Nəticələr 7 iyun 2024-cü il tarixinə qədər elan ediləcək.
Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V, Fənn müsabiqələri isə VI və VII sinif şagirdləri arasında keçirilir. Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.