Hindistanda əyləncə parkında yanğın – 28 nəfər öldü

Hindistanın Qucart ştatının Rackot şəhərində əyləncə parkının oyun zalında yanğın olub.

 

Son Yazılar:

Viral.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində əksəriyyəti uşaq olmaqla, 28 nəfər ölüb.

 

Hadisə zamanı parkda 300-ə qədər insan olub.

 

İlkin ehtimala görə, yanğının səbəbi elektrik xəttində qısaqapanmadır.