Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var

Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa rayonunda ağır yol qəzası olub.

Viral.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, jandarm qüvvələri cəlb edilib.

Son Yazılar:

Yaralılar xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəzaya avtomobillərdən birinin idarəetmədən çıxması səbəb olub. Zərərçəkənlərin kənd təsərrüfatı işçiləri olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.