Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb.
Viral.az xəbər verir ki, 39 yaşlı futbolçu İspaniyanın “Real” klubunu tarixin ən yaxşısı adlandırıb.
“Real” tarixin ən yaxşı klubudur və mən orada oynadığım üçün çox xoşbəxt idim. Klubun bütün zamanların ən yaxşı bombardiri oldum, dörd dəfə Çempionlar Liqasının qalibi olduq, bu, gözəl idi”, – K.Ronaldu vurğulayıb.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Qeyd edək ki, hücumçu 2009-2018-ci illərdə Madrid təmsilçisində çıxış edib. O, bu müddətdə 438 oyuna çıxıb, 450 qol vurub və 131 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu “Real”ın heyətində 4 dəfə Çempionlar Liqasının qalibi olub.