“Samur” – “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək.
Viral.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.