Azərbaycanın bu bölgəsində internetin verilişində fasilələr YARANACAQ

Naxçıvan Muxtar Respublikası (MR) üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Viral.az Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, 13 sentyabr saat 23:30-dan 14 sentyabr saat 05:30-a qədər təxirəsalınmaz profilaktik təmir-bərpa işləri həyata keçiriləcək.

Qeyd olunub ki, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Son Yazılar:

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin verilişi tam bərpa ediləcək.