Türkiyənin “Beşiktaş” komandası futbolçusu Deniel Amarti ilə yollarını ayırıb.
Viral.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qanalı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, Amarti ötən il İngiltərənin “Lester” klubundan İstanbul təmsilçisinə transfer olunmuşdu.