65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputat seçilmiş Günay Ağamalının təbliğat-təşviqat zamanı seçicilərə mükafat vəd edərək Seçki Məcəlləsini pozduğu iddia olunur.
Viral.az xəbər verir ki, bu barədə Globalinfo.az-a G.Ağamalının rəqibi, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Rəşad Dadaşov məlumat verib.
Onun sözlərinə görə, G.Ağamalı seçkiqabağı təşviqat zamanı 600-dən yuxarı bal toplayan abituriyentlərə, 9-11-ci sinif şagirdlərinə xüsusi mükafatlar vəd edib:
Son Yazılar:
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
- Faciəvi şəkildə ölən hərbçilərin adları açıqlandı
- Azərbaycanda kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb
“Günay Ağamalının seçki bukletlərində mükafat vəd olunur. O, bununla seçicilərin iradəsinə təsir etməklə səs qazanmağa çalışıb. Vədlər verdiyi bukletin biri və səs yazıları məndə var. G.Ağamalı keçirdiyi görüşlərin hamısında təkrar-təkrar bu cümlələri işlədir. Seçicilərə və onların yaxınlarına mükafat vəd etmək Seçki Məcəlləsinin 88-ci maddəsinə ziddir və qanun pozuntusudur. Bu, həm də cinayət tərkibi daşıyır. Çünki adam seçicilərə rüşvət təklif etmiş olur”.
Seçki texnoloqu Vəli Əlibəyov qeyd edib ki, pozuntu aşkar edilən hər bir dairədə nəticələr ləğv edilə bilər:
“Əgər hər hansı bir dairədə Seçki Məcəlləsinin pozulmasına gətirib çıxaran, səsvermə nəticələrinə ciddi təsir göstərən sübutlar olarsa və bu, hansısa namizədin digərləri üzərində qələbəsini təmin edərsə, nəticənin ləğvi mümkündür. Amma bunun üçün tutarlı sübut və dəlillər olmalıdır”.