Pezeşkian Türkiyəyə səfər EDƏCƏK

İran Prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Viral.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, M.Pezeşkian bu barədə bu gün keçirdiyi ilk mətbuat konfransında danışıb. 

“Türkiyə dost və qardaş ölkədir”, – deyə İran lideri qeyd edib.