“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
Viral.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
O bildirib ki, Ə.Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Səbail Rayon Məhkəməsində verilib.
Son Yazılar:
- Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza ATDI
- Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu AÇIQLADI
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
Həmçinin məhkəmənin digər qərarı ilə “Kanal13” internet televiziyasının əməkdaşı Şamo Emin barəsində olan həbs qətimkan tədbiri də daha üç ay uzadılıb.
Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb (report.az).