Millimiz Çexiyaya məğlub OLDU

Futzal üzrə Azərbaycan yığması yoxlama oyununda qüvvəsini sınayıb.

Viral.az xəbər verir ki, millimizin rəqibi Çexiya olub.

Oyun Zlin şəhərində keçirilib. İndiyədək iki komanda arasında 6 qarşılaşma baş tutub. Bunlardan ikisində millimiz, 4-də isə çexiyalılar qələbəni bayram ediblər.

Son Yazılar:

Bu dəfə rəqib üstün olub. Meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.

Oyunda qolları David Drozd (3`), Adam Knobloç (20`), Radim Zaruba (38`) vurublar.

Qeyd edək ki, komandalar arasında sabah daha bir oyun təşkil ediləcək.