Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb.
Viral.az xəbər verir ki, dövlət başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordunun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib.
“44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir”, – deyə Prezident qeyd edib.
Son Yazılar:
- Paşinyan KTMT sammitində iştirak edəcək?
- Ukrayna son üç gündə Kursk vilayətinə ATACMS-la iki zərbə endirib
- Rusiya britaniyalı diplomatı ölkədən ÇIXARIR
“Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, çünki bütün təpələrdə onlar yerləşmişdi, – nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim. Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”, – deyə dövlət başçısı əlavə edib.