Şəhid Səfəralı Səfərovla vida mərasimi keçirilir

Qalıqları Ağdam rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərovun nəşi Sumqayıt şəhərinə gətirilib.

Viral.az report.az-a istinadla xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Son Yazılar:

Qeyd edək ki, Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov 1973-cü il dekabrın 27-də anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

S.Səfərov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunacaq.