Bağçada uşağa fiziki təzyiq göstərən müəllim və dayə işdən QOVULDU

290 nömrəli körpələr evi – uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.

Viral.az xəbər verir ki, bu barədə 290 nömrəli körpələr evi – uşaq bağçasından məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Son Yazılar:

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı müşahidə kamerası görüntüləri yayılıb (apa.az).