Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan Bakı həbsxanasından Ermənistanın Baş naziri Nikol Paşinyanın onun barəsində səsləndirdiyi fikirlərə cavab verib.
Viral.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vardanyan Bakıda həbsxanada dindirilmə zamanı Paşinyanın onun barəsində dedikləri barədə məlumatlandırılıb.
Vardanyan Paşinyanın oliqarxın hansı səbəbdən Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa yollanması barədə suallarına cavabını ictimaiyyətə açıq formatda bölüşmək istəyib. Daha sonra onun cavabı ailəsi tərəfindən teleqram kanalında paylaşılıb.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Onun sözlərinə görə, hər kəs başqa bir şəxsin fəaliyyəti barədə öz həyatının model və prinsiplərinə əsaslanaraq düşünür. Bildirib ki, üstəlik, baş nazirin ona öz suallarını 2022-ci ilin noyabrında son görüşləri zamanı vermək imkanı olub.
Vardanyan daha sonra qeyd edib ki, Nikol Paşinyanla ilk dəfə 2018-ci ilin yazında görüşüb. Bu görüş zamanı nə onun, nə də biznes tərəfdarlarının Ermənistanın daxili siyasətinə qarışmaq fikirlərinin olmadığı və Ermənistan rəhbərliyi ilə münasibətdən asılı olmayaraq xeyriyyə ilə məşğul olacaqlarını iddia edib: “Lakin o zaman söhbət Qarabağın taleyindən gedərsə, yanaşmamım dəyişəcəyini bildirmişdim”.
O, həmçinin cavabında imkanlar daxilində Paşinyanın bütün suallarına cavab verməyə hazır olduğunu əlavə edib.
Məlumat üçün bildirək ki, Nikol Paşinyan Vardanyan barədə sualları avqustun 31-də keçirdiyi mətbuat konfransında qaldırıb. Bu zaman o deyib: “Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bunu ona kim məsləhət gördü və yaxud bu addımı atmağa dair göstəriş verdi? Onu Ermənistana, Qarabağa kim, hansı məqsədlə, hansı zəmanətlərlə, hansı vədlərlə göndərib? Biz bu suallara cavab istəyirik, ya yox? Bu, həqiqətən də üzləşdiyimiz ciddi problemdir”.
Xatırladaq ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.