Moskvada M.İ.Rudomin adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Milli Musiqi Gününə həsr olunmuş gecə keçirilib.
Viral.az “Report”a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkil etdiyi tədbirdə Moskva şəhərinin Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Gecənin aparıcısı musiqişünas, sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının sədri Rauf Fərhadov olub.
Tədbiri açan Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova qeyd edib ki, hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü geniş qeyd olunur.
Son Yazılar:
- Bakıda küləyin gücü saniyədə 23 metrə çatdı
- Milyoner cütlüyün toydan bir ay sonrakı davası: Bakıda maraqlı BOŞANMA
- Müğənni Ramal efirə tanınmaz halda gəldi
“Bu bayram ölkəmizin iki böyük musiqiçisinin – Azərbaycan klassik musiqisinin banilərindən olan Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum günü ilə bağlıdır. Azərbaycanın milli musiqisi görkəmli bəstəkarların, xüsusilə Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov və Azərbaycan bəstəkarlıq məktəbinin digər nümayəndələrinin əsərləridir ki, onlar təkcə milli musiqinin ənənələrini qoruyub saxlamayıb, həm də dünya mədəniyyətinə misilsiz töhfə veriblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Hələ gəncliyimdə musiqidə nə qədər güc olduğunu hiss etdim. Musiqisiz insanlar yoxsuldurlar. Musiqi insanı sonsuz zənginləşdirir, ruhları düzəldir, onlara qeyri-adi güc verir. Əgər insanın həyatı musiqi ilə işıqlanırsa, o, quraq torpağa bərəkətli yağış yağan kimi canlanır”, hesab edirdi ki, milli ruhun yüksəlişinin əsas şərtlərindən biri ana dili və musiqi mədəniyyətidir”, – o bildirib.
T.Əhmədova vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu xalqımızın milli mədəniyyətinin qorunmasına böyük diqqət yetirir.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının direktoru Pavel Kuzmin hamını Azərbaycanın Milli Musiqi Günü münasibətilə təbrik edib.
“Azərbaycan bizim ən yaxın dostumuzdur və biz ziyarətçilərimizi bu ölkənin mədəniyyəti, incəsənəti və ənənələri ilə böyük məmnuniyyətlə tanış edirik”, – o diqqətə çatdırıb.
Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin direktor müavini Tatyana Qalçinova gənc istedadlara dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.
“Musiqi birləşdirir və biz şadıq ki, şagirdlərimiz bu tədbirdə iştirak edirlər. Azərbaycan musiqisi tanınır və bir dəfə eşidəndə yadda qalır. Şagirdlərimiz Azərbaycan bəstəkarlarının musiqisini məmnuniyyətlə ifa edirlər”, – T.Qalçinova bildirib.