Bakının Nərimanov rayonunda binada yanğın olub.
Viral.az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Son Yazılar:
- Qarın və buzun insan sağlamlığına İNANILMAZ FAYDALARI
- Saçınızı düyü suyu ilə yuyun
- Armudun bitməyən FAYDALARI
Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.
Məlumata görə, qarajda “Mersedes” markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.