Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının VII turunda bu gün daha bir oyun baş tutacaq.

Viral.az xəbər verir ki, “Turan Tovuz” klubu doğma meydanda “Araz Naxçıvan”la qarşılaşacaq.

Tovuz Şəhər Stadionunda keçiriləcək görüşün start fiti saat 18:00-da səsləndiriləcək. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək. Hazırda “Turan Tovuz” 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 5-ci yerdə olan “Araz-Naxçıvan”ın isə 10 xalı var.

Son Yazılar:

Azərbaycan Premyer Liqası

VII tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov

Tovuz şəhər stadionu

Qeyd edək ki, VII turun ötən gün keçirilən görüşlərində “Şamaxı” səfərdə “Kəpəz”i 2:0, “Qarabağ” isə “Azərsun Arena”da “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. VII tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq.