Qazaxıstanın cənubundakı Türküstan bölgəsindəki koloniyalardan birində məhbuslar iğtişaş törədib.
Viral.az xarici mediaya istinadən xəbər verir ki, insident nəticəsində müəssisənin 3 əməkdaşı yaralanıb.
Məlumata görə, xəsarət alanlar arasında arasında Milli Qvardiyanın iki əsgəri və Kriminal Təcrübə Departamentinin bir əməkdaşı var. Onların yüngül bədən xəsarətləri aldığı və tibbi yardım göstərildiyi bildirilib.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Qeyd olunub ki, məhkumlardan bəziləri saxlanma rejimi ilə razılaşmadıqları üçün tabesizlik nümayiş etdiriblər.
Faktla bağlı cinayət işi başlanıb. Milli Qvardiyanın rəhbərliyi və şəxsi heyəti, eləcə də nəzarət orqanlarının nümayəndələri fövqəladə hadisə yerindədir.