Naxçıvanda ağır yol qəzası olub.
Viral.az Report-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb.
Son Yazılar:
- Məşhur serial Azərbaycan mahnısı ilə təqdim olundu
- Siciliya sahillərində batan yaxtada məxfi məlumatlar OLUB?
- “Fənərbağça” – “Qalatasaray” oyununda 4 qol – İCMAL
Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Fərid Emin oğlu Rəsulov, sərnişinlər – Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıb.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.