Şimali Koreya yenidən Cənubi Koreya ərazisinə tullantılarla doldurulmuş hava şarları buraxıb.
Viral.az xəbər verir ki, bu barədə Bu barədə Seul rəsmiləri məlumat yayıb.
Sentyabrın 4-dən Şimali Koreya beş gün ardıcıl olaraq hava şarlarını havaya buraxıb. Bildirilib ki, polietilen torbalarda tullantı kağız şarlara yüklənib. Hələlik analizlərə görə, heç bir təhlükəli maddə aşkar edilməyib.
Son Yazılar:
- “Taliban” bu məsələdə Rusiyadan kömək İSTƏDİ
- Paşinyan KTMT sammitində iştirak edəcək?
- Ukrayna son üç gündə Kursk vilayətinə ATACMS-la iki zərbə endirib
Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci il imzalanmış Koreyalararası hərbi deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb. Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonada səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğat yayımını bərpa edib.