Moskvada Novodeviçye qəbiristanlığında insident baş verib. Naməlum şəxs məşhur teleaparıcı və KVN əfsanəsi Aleksandr Maslyakovun məzarının üstünü dağıdıb.
Viral.az xəbər verir ki, bu barədə KVN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mühafizəçilər həmin şəxsi saxlayıb və polisə təhvil vermək üçün qəbiristanlıqdan çıxarıblar:
Son Yazılar:
- Maşınla üstündən keçildiyi deyilən kişinin qətlinin detalları
- Yəhya Sinvarın öldüyü xəbəri YAYILDI
- Yeni dələduzluq: Ev telefonlarına zəng edib…
“Qəbiristanlığın rəhbərliyi və Aleksandr Maslyakovun ailəsi artıq polisə müraciət edib. Xaç bərpa olunub, məzarlıqda təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb”.
Qeyd edək ki, Aleksandr Maslyakov sentyabrın 8-də 83 yaşında dünyasını dəyişib.