Qazaxıstanın müdafiə naziri Azərbaycanda SƏFƏRDƏDİR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov sentyabrın 23-də Azərbaycana səfər edib.

Bu barədə Viral.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qazaxıstanlı nazir “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək. Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Son Yazılar: