-->

Göldə batan uşağın meyiti tapıldı 

1717474276 665e92e9e065b665e92e9e065c1717474025cb5e90cc48db559aa9bb29d311c04a43

İyun ayının 3-ü Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi tapılıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə Ələsgərov Yusif Elşad oğlunun cəsədi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son Yazılar: