Tədqiqatçılar uzun müddətdir ki, antibiotiklərə qarşı müqavimətin ictimai sağlamlıq problemi olduğunu bildirirlər. “Səssiz epidemiya” olaraq da adlandırılan antimikrobiyal müqavimətlə bağlı yeni bir araşdırma dəhşətli həqiqəti ortaya çıxarıb. Bununla bağlı heç bir tədbir görülməsə, 2050-ci ilə qədər 39 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır.
Viral.az xəbər verir ki, tədqiqatın müəllifləri 2022-ci ildən 2050-ci ilə qədər antimikrobiyal müqavimət səbəbindən ölümlərdə təxminən 70 faiz artım olacağını proqnozlaşdırırlar.
AMR kimi də tanınan bu müqavimət bakteriya və göbələklər kimi mikrobların mövcud dərmanlarla öldürülməsini çətinləşdirdikdə meydana gəlir.
Son Yazılar:
- Metronun bu stansiyasında qatarların hərəkət qrafiki DƏYİŞDİRİLİR
- Metronun iş rejimi dəyişdirilir: Sərnişinlərin DİQQƏTİNƏ
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
Tədqiqatçılar antimikrobiyal müqaviməti onilliklər ərzində ictimai sağlamlıq problemi kimi qeyd ediblər. Tədqiqat 204 ölkədə xəstəxana qeydləri, sığorta və ölüm şəhadətnamələri daxil olmaqla 520 milyon məlumat toplusunda araşdırılıb.
Əlavə edilib ki, təqribən 11,8 milyon ölüm (39 milyon ölümün təxminən 30 faizi) Cənubi Asiyada olacaq (publika.az).