Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyr-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Son Yazılar:
- Ərdoğan Paşinyanla GÖRÜŞDÜ
- İranlı nazir və 300 şirkət rəhbəri Ermənistana GEDİR
- Ərdoğandan BMT-də təsirli çıxış: “Yaralı bir sərçəni xilas edə bilmədik”