Valentina Matvienko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib.
Viral.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Federasiya Şurası bu gün keçirilən plenar iclasda Matvienkonu yekdilliklə parlamentin yuxarı palatasının sədri seçib.
Bununla da, 75 yaşlı Matvienko 4-cü dəfə Federasiya Şurasına sədrlik edəcək. Belə ki, o bu vəzifəni 2011-ci ildən icra edir.