Biz İttifaq Dövlətinin üzvü kimi Rusiya və Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq.
Viral.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasına ediləcək düzəlişlərdən danışarkən deyib.
Putin düşmənin adi silahlardan istifadə edərək ölkə suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə də analoji addımı atacaqlarını deyib:
Son Yazılar:
- Rusiya britaniyalı diplomatı ölkədən ÇIXARIR
- Bir sıra bölgələrə yağış, Şahdağa qar yağır
- “Heç kim araşdırmamış heç nə deməsin”
“Bütün bu məsələlər Belarus tərəfi ilə, Belarus prezidenti ilə razılaşdırılıb”.
Putin nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzünün hücum kimi qiymətləndiriləcəyini bildirib:
“Rusiyanın nüvə silahından istifadəyə keçməsinin şərtləri açıq şəkildə ifadə olunub. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu ehtimalı nəzərdən keçirəcəyik. Mən strateji və ya taktiki təyyarələri, qanadlı raketləri, dronları, hipersəsli və digər təyyarələri nəzərdə tuturam”.
Qeyd edək ki, Rusiyanın nüvə silahından istifadə şərtlərinin genişləndirilməsi yenilənmiş nüvə doktrinasında təsdiqlənəcək.