“Qarabağ” UEFA Avropa Liqasında İngiltərənin “Tottenhem” klubuna məğlub olub.
Viral.az-ın məlumatına görə, “Tottenhem Hotspur” stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.
Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.
***
Bu axşam “Tottenhem Hotspur” stadionunda “Tottenhem” və “Qarabağ” arasında maraqla gözlənilən matç baş tutacaq.
Qarabağ FK və “Tottenhem” arasındakı qarşılaşma, hər iki komandanın taktik mübarizəsi ilə futbolsevərlər üçün əsl zövq vəd edir. Oyun Bakı vaxtı ilə saat 23:35-də başlayacaq.
Bu önəmli oyunu Viral.az sizə CBC Sport kanalının canlı yayımında təqdim edir.
Matçla bağlı ən son xəbərləri və təhlilləri saytımızdan izləyin.