Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kozaça Lopan qəsəbəsinə dron hücumu nəticəsində respublikanın Ali Məhkəməsinin hakimi ölüb.
Viral.az xəbər verir ki, bu barədə ölkənin Xarkov Vilayət Dövlət Administrasiyasnın sədri Oleh Sinehubov və Xarkov vilayət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hücum sentyabrın 28-də yerli vaxtla 13:00 (Bakı vaxtı ilə 14:00) radələrində gerçəkləşib.
Son Yazılar:
- Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi BAŞLADI
- COP29 uğurla başa çatdı, Azərbaycan lider imicini möhkəmləndirdi
- ŞAD XƏBƏR – Bu sahədə çalışanların maaşları artırılacaq
“Dron şəxsi avtomobilə dəyib. Dinc sakin – kişi ölüb, şəxsiyyəti müəyyənləşdirilir. Daha üç qadın yaralanıb, tibbi müəssisəyə yerləşdirilib”, – Sinehubov teleqramda qeyd edib.
Xarkov vilayət prokurorluğu məlumatı təsdiqləyərək ölən şəxsin Ali Məhkəmə hakimi olduğunu açıqlayıb. Prokurorluq hakimin yerli sakinlərə humanitar yardım daşıdığını diqqətə çatdırıb.
Daha sonra Ali Məhkəmə həlak olan şəxsin 61 yaşlı Leonid Loboyko olduğunu bildirib. O, Ali Məhkəmənin Kassasiya cinayət məhkəməsinin hakimi olub.