Ronaldo otelinə işçi axtarır: Bu qədər maaş verir

Portuqaliyalı futbolçu Kristiano Ronaldo Madriddəki otelində işləmək üçün işçi toplayır.

Viral.az Oxu.az-a istinadla xəbər verir ki, “Pestana CR7” otelinə menecer, xadimə, nəzarətçi, qapıçı, resepsionist və kiçik ofisiant lazımdır. Namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1), bəzi hallarda orta və ya ali peşə təhsili tələb olunur.

Menecer vəzifəsi üçün maaş ayda 2300 (4366 manat), ofisiant vəzifəsi üçün 1300 avrodur (2468 manat).

Son Yazılar:

İşçilərə pulsuz yemək, tibbi sığorta, obyektin xidmətləri üzrə güzəştlər və ildə 50 gün tətil verilir.