Türkiyə BRİKS-ə qoşulmaq istəyir, bu məsələ birlik nazirlərinin Nijni Novqorodda keçiriləcək toplantısında müzakirə olunacaq.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Əlbəttə, biz BRİKS-in üzvü olmaq istərdik. Gəlin görək, bu il nəyə nail ola bilərik”, – nazir bildirib.
Son Yazılar:
- “Fənər” Superliqaya darmadağınla yekun VURDU
- ABŞ Qəzzaya görə İsrailə bu texnikaları VERMƏDİ
- Butan Krallığının Baş naziri Azərbaycana səfərə GƏLDİ
Qeyd olunub ki, Fidan Pekində keçirilən tədbir zamanı BRİKS ölkələrinin nazirlərinin Rusiyada keçiriləcək görüşündə iştirak etməyi gözlədiyini bildirib. Məlumata görə, bu görüşdə gündəmdə olan mövzulardan birinin NATO üzvü olan Türkiyənin BRİKS-ə qoşulma ehtimalı olacağı gözlənilir.
(redaktor.az)