Kinesioloqun (insan hərəkətini, performansını və funksiyasını öyrənən həkim) xəstələrinin çoxu ofis işçiləri olur. Boyun, baş və müxtəlif oynaqlarda ağrı bəzən uzun illər yazı masasında səhv oturduqdan sonra özünü biruzə verir.
Viral.az xəbər verir ki, bunu “MK”nın canlı efirində şiroterapevt və osteopat Alexander Rataev deyib. Həkim kompüterdə işləyərkən nələrə diqqət etməli olduğumuza da aydınlıq gətirib.
“Düzgün təşkil edilmiş iş yeri çox vacibdir” deyən Alexander Rataev bildirib ki, bucaqları müşahidə etmək vacibdir:
Son Yazılar:
- 65 yaşını keçən müəllim fəaliyyətini davam etdirə bilər? – RƏSMİ
- Prezident ona “Şöhrət” ordeni VERDİ – FOTO
- Prezident “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavəni təsdiq ETDİ
“Xüsusən də hər iki ayaq 90 dərəcə bucaq altında yerdə olmalıdır, duruşunuzun düz olması üçün düz oturmaq lazımdır. Başınızı monitora doğru salmamaq vacibdir, başınız düz vəziyyətdə olmalıdır. Əgər qulağınız çiyninizlə düzdürsə, deməli hər şey yaxşıdır. Əks halda döş və boyun nahiyələrində ağrılar, problemlər başlayacaq. Rahat arxa dayağı da olmalıdır, əyilməyə ehtiyac yoxdur. Qolunuzun tamamilə stolun və ya qoltuğun üstündə dayanması üçün qol dayaqları da mütləqdir. Monitoru birbaşa göz səviyyəsində – nə yuxarı, nə də aşağı qoyun” (publika.az).