Böyük Britaniya hökuməti Rusiya ilə əlaqəli hesab etdiyi “Evil Corp” haker qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib.
Viral.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Məlumata görə, məhdudiyyətlərə ölkəyə girişə qadağa qoyulması və aktivlərin dondurulması daxildir. Məhdudlaşdırıcı tədbirlər xüsusilə “Evil Corp”un lideri Maksim Yakubetsə qarşı tətbiq edilib.