Hindistanın Mumbay şəhərindən uçan şəxsi helikopter ölkənin qərbində Pune şəhəri yaxınlığında qəzaya uğrayıb.
Viral.az xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
“Heritage Aviation” şirkətinin Vt-EVV qeydiyyat nömrəsi olan “Agusta 109” helikopteri qəzaya uğrayıb. Hava gəmisində iki pilot və bir texnik olub. Sərnişinlər olmayıb”, – İdarədən bildirilib.
Son Yazılar:
- “Ermənistan Natiq Qasımovun qalıqlarının yeri barədə məlumat vermir”
- Sahib Məmmədov məşhurların qohumlarını işdən ÇIXARDI
- AMEA prezidentinə yeni müşavirlər təyin olundu
Helikopterdəkilərin hamısı həlak olub.
Hadisənin başvermə şəraiti araşdırılır. İlkin məlumata görə, qəzaya qatı duman səbəb olub.