Sahib Məmmədov onları işdən ÇIXARDI

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi, Audit şöbəsinin müdiri İlham Aslan vəzifəsindən azad edilib.

Viral.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə AHİK sədri Sahib Məmmədov Əmr imzalayıb.

Hələlik İlham Aslanın yerinə təyinat yoxdur.

Son Yazılar:

Qeyd edək ki, İ.Aslan müdafiə nazirinin sabiq müavini – Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin bacısı oğludur.

Eyni zamanda, AHİK-nin Audit şöbəsinin müdir müavini Orxan Həbibbəyli də vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.

O.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qardaşı oğludur.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Möhbalıyeva də sözügedən qurumun Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.

Xatırladaq ki, Sahib Məmmədov AHİK-nin avqustun 26-sı keçirilən növbədənkənar VII qurultayında yeni sədr vəzifəsinə seçilib.