“Ermənistan Respublikasının suveren ərazisinin 1 millimetri belə heç kimə təslim edilməyib”.
Viral.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan oktyabrın 2-də parlamentin tribunasından bildirib.
“Əksinə, nəinki Ermənistan Respublikasının ərazi bütövlüyünə heç bir ziyan dəyməyib, həm də Ermənistan Respublikasının ərazi bütövlüyünün təməl daşı müəyyən edilib”, – Paşinyan vurğulayıb.
Son Yazılar:
- Luis Suares ABŞ klubu ilə müqavilə müddətini ARTIRDI
- Əbu-Dabidə “Şuşa günləri” KEÇİRİLDİ
- Azərbaycanda bu insanlar İŞSİZ qalacaq – VİDEO
“Hayastan” fraksiyasının üzvü Artsvik Minasyanın “müxalifət deputatlarına sülh müqaviləsi layihəsi ilə tanış olmaq niyə qadağandır” sualına Nikol Paşinyan belə cavab verib:
“Mən şəxsi qərarımla sizə bu sənədlərlə tanış olmaq imkanı verdim. Siz tanış oldunuz, sonra sosial şəbəkələrdə mütləq reallıqla heç bir əlaqəsi olmayan yazılar yerləşdirdiniz, onları siyasi məqsədləriniz üçün manipulyasiya etdiniz. Sən get mətni oxu, sonra gəl nağıllar danış, biz də səssizcə izləməliyik, yoxsa nə?”.
Baş nazir Nikol Paşinyan əmin edir ki, təklif olunan sülh sazişinin məzmunu ictimaiyyətə açıqlanıb.
“Mən müxtəlif hallarda həmin məqamlara istinad etmişəm, burada heç bir məxfilik məsələsi yoxdur, burada sadəcə diplomatik düzgünlük məsələsi var”, – deyə o, “Hayastan” fraksiyasının digər deputatı Artur Xaçatryana cavab olaraq bildirib.
“Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən naməlum heç nə yoxdur”, – o deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh müqaviləsi layihəsin də digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.