Türkiyə BRİCS təşkilatına qoşulmaq istəyir.
Viral.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib/
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
O qeyd edib ki, BRİCS Türkiyəyə Avropa İttifaqını əvəz etmək üçün “yaxşı alternativ” təklif edə bilər.
“Əlbəttə, biz BRİCS-ə üzv olmaq istərdik. Bu il işlərin necə gedəcəyini görəcəyik”, – deyə Fidan Çinə səfəri zamanı bildirib.
O, həmçinin qeyd edib ki, gələn həftə Rusiyada keçiriləcək BRİCS nazirlərinin görüşündə iştirak etməyi səbirsizliklə gözləyir. Ehtimal edilir ki, görüşün mövzularından biri də Türkiyənin BRİKS-ə qoşulması məsələsinin müzakirəsi olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Türkiyənin BRİCS-ə marağını alqışlayır və bu mövzu təşkilatın Kazanda keçiriləcək sammitində müzakirə olunacaq.
2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sammitdə BRİCS ölkələrinin başçıları təşkilatın genişləndirilməsi ilə bağlı bəyannamə qəbul ediblər. Təşkilatın tərkibində Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika təmsil olunurduş 2024-cü il yanvarın 1-dən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ təşkilata üzv olub. Tailand, İndoneziya, Qazaxıstan, Venesuela və digər ölkələr də üzvlük üçün ərizə təqdim edib.