“Qarabağ”a uduzmaq barədə düşünmürük.
Viral.az xəbər verir ki, bunu İsveçin “Malmö” klubunun futbolçusu Yens Striqer “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Müdafiəçi “Qarabağ”a qalib gəlmək istədiklərini bildirib:
Son Yazılar:
- Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi
- Yorğunluqdan xilas olmaq üçün bunları EDİN
- Əhaliyə XƏBƏRDARLIQ – Bu gecədən başlayaraq…
“Uzun yoldan gəlmişik. Sabahkı oyunun çətin olacağını bilirik. Amma uduzmaq barədə düşünmürük. Rəqibimizi məğlub etməyə çalışacağıq. “Qarabağ”la bağlı məlumatlar əldə etmişik. Rəqibin gücünə də bələdik. Lakin məğlub olmaq istəmirik”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. // report