Qırğızlar mamont qalıqları aşkar etdilər

Qırğız Respublikasının İssık-Kul vilayətində Cırqalan çayının selində mamont qalıqları aşkar edilib.

Viral.az xəbər verir ki, bu barədə TASS-a Qırğızıstanın Mədəniyyət Nazirliyindən məlumat verilib.

Xüsusilə, onun dişi və kəllə sümüyünün aşağı hissəsinin parçaları tapılıb. “Onlar bir-birindən təqribən 150 m aralıda, 3-5 m dərinlikdə yerləşib”, – nazirlikdən bildirilib. Əlavə edilib ki, Cırqalan çayı yaxınlığında işlənmə işləri aparılan karxananın sahibi tapıntı barədə səlahiyyətli orqanlara məlumat verib. Əraziyə bir qrup arxeoloq göndərilib.

Son Yazılar:

Sümük parçaları məhv edilməməsi üçün yerində saxlanılıb. Onlar tam konservasiyadan sonra muzeyə təhvil veriləcək.

İssık-Kul bölgəsində mamont qalıqları əvvəllər də bir neçə dəfə, o cümlədən İssık-Kul gölünün suyunun altında tapılıb. Qırğız alimləri ilk dəfə 1977-ci ildə belə bir tapıntı elan ediblər.

(redaktor.az)