Bakıda qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadının bədəninin müxtəlif nahiyələrini yandıran 37 yaşlı Nurən Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Viral.az xəbər verir ki, Ağstafa rayon sakini olan N.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə-işgəncə ilə törədildikdə) maddəsi ilə Xətai rayon Polis İdarəsində iş açılaraq istintaq aparılıb.
Məlum olub ki, Nurən Xətai rayonunda kirayə mənzildə faktiki ər-arvad kimi yaşadığı qadına qısqanclıq zəminində xəsarətlər yetirib. O, qadının telefonda başqa şəxslə yazışmasını gördükdən sonra onu cəzalandırmaq və bədənini eybəcər hala salmaq qərarına gəlib. Qadına qarşı zorakılıq edən Nurən qaz sobasının üzərində bıçağı dağ edərək onun hər iki bud və qarın nahiyəsinə toxunduraraq yandırıb və zorakı hərəkətlərlə qəsdən sağlamlığa yüngül zərər vuraraq güclü fiziki ağrı və psixi iztirablarla işgəncələr verib.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Hadisə barədə polisə müraciət edildikdən sonra Nurən barəsində cinayət işi açılıb. Mayın 27-də Xətai rayon Məhkəməsində Nurənə hökm oxunub. O, 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. / Publika.az