“Biz həmişə deyirik ki, məktəblərdə nəzarət olmalıdır. Məncə, ən çox məktəblərdə valideynlər və müəllimlər arasında birlik bərpa olunmalıdır. Bu gün müəllimlər uşağa söz deməyə qorxurlar. Düzdür, bəzi müəllimlər var ki, rüşvət alırlar, pul yığırlar, sosial şəbəkələrdə bunun səsi çıxır”.
Viral.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) deyib.
Son vaxtlar məktəblilərin iştirakı ilə müxtəlif cinayətlərin törədilməsi barədə danışan Tolik bunun səbəblərini sadalayıb:
Son Yazılar:
- Yeni müalicə metodu kəşf edildi
- İnsultun yaxınlaşmasının xəbərçisi olan ƏLAMƏT
- Əmr verəcəm ki, Dəmir Qübbənin istehsalına başlasınlar
“Bizim vaxtımızda müəllim əlimizə xətkeşlə vuranda gedib anamıza demirdik. Çünki müəllim barmaqlarımızın üstünə yalandan vururdu ki, biz yaxşı olaq. O vaxt müəllim nəvazişi vardı. Müəllimi görəndə həmişə sevinərdik. İndi şagird və müəllim arasında belə bağ qalmayıb. Səhv etmirəmsə, belə hadisələr daha çox bölgələrdə baş verir. Bu da ondan irəli gəlir ki, birinin qolu qüvvətlidir, biri kiminsə qohumudur, ya da filankəsin təhsil şöbəsində qohumu işləyirsə, məktəbdə “at oynadır”. Mən həmişə demişəm, yenə də deyirəm, məktəblərdə sinif otaqlarında kameralar olmalıdır. Sadəcə, dəhlizlərdə yox, siniflərdə də. Şagird özünü necə aparır, dərs vaxtı kimə necə reaksiya verir görülməlidir, müşahidə olunmalıdır”.
O, bir çox məktəb psixoloqunun öz işinin mahiyyətini bilmədiyini, eyni zamanda məktəbdə psixoloqun işinin əhəmiyyətinin başa düşülmədiyini qeyd edib:
“Yalandan kadrlar ayırıblar ki, məktəbdə psixoloqlar var. Ay balam, 500-1000 nəfərlik məktəbdə 2 psixoloq nə edə biləcək? O psixoloqlar uşaqlarla doğru-düzgün məşğul ola bilmirlər. Yalandan maaş alırlar, dövlətin maliyyəsindən pul ayırırlar. Məktəb psixoloqlarının yanına kim gedir?!
Hansısa cahil uşaq bu gün məktəbə bıçaqla gəlirsə, deməli, məktəbdən əvvəl ailəsində problemlər olub ki, bu uşağın tərbiyəsində, davranışında da problemlər var. Bunu da əvvəldən müəllimlər yox, məktəb direktoru, orada işləyən təhlükəsizlik işçiləri bilməlidir. Amma fikir verirsinizsə, bir neçə günün içində 4 hadisə baş verib. Bu nə deməkdir? Bu deməkdir ki, bu gün bəzi direktorlar, müəllimlər yalnız hədiyyə pulu yığmaqla məşğul olurlar. Onların başı pul yığmağa qarışdığı üçün məktəblərdə şagirdlər bir-birini bıçaqlayır”.
Bəzi yaltaq valideynlər öz xoş güzəranları olduğuna görə, başqa valideyn qrupu yaradırlar, müəllimlər üçün, məktəb müdirələri üçün hədiyyələr alırlar ki, onların uşaqlarının orada imtiyazı olur. Guya öz aləmlərində belə düşünürlər ki, müəllim onun uşağına daha çox diqqət ayıracaq”.
T.Əliyev qeyd edib ki, aidiyyəti qurumlar məktəblərə daha çox diqqət ayırmalıdır ki, bu kimi mənfi halların qarşısı alınsın:
“Xırda bir şey üstündə bıçaqlanma, döyülmə, balaca qızlarımızın zorakılıqlara məruz qalması, bunların hamısı təhsillə bağlı çox ciddi faciəvi hallardır.
Elm və Təhsil Nazirliyi gözəl işlər görür. Ancaq başa düşməlidir ki, yalnız Bakının şəhər mərkəzlərindəki məktəbdə nizam-intizam, gözəl gürüntü olmamalıdır. Ən ucqar rayonlarda da nəzarət olmalıdır. Çünki orada beyni qanlı uşaqlar çoxdur. Şəhərə nə var ki? Hamının uşağı avtobusla, bəzisi öz özəl sürücü ilə məktəbə gedir, amma yenə də adı şəhərdir. Biz şəhərdəki şeyləri görüb ümumiləşdiririk. Bizim təhsillə bağlı problemlərimiz ümumi ölkədə var. Lenin vaxtında deyirdi ki, oxumaq, oxumaq, yenə də oxumaq. Amma biz deyirik ki, məktəblərdə problemlər var, var, var. Və ən əsası məktəblərdə kişi müəllimlərin çoxalması lazımdır. Qadın müəllimlər həddindən artıq çoxdur. İndi kişi müəllimlər təhsildə çoxluq təşkil etməlidir. Çünki ən azından kişinin sözü keçir. Beyni qanlı oğlanlarla kişi müəllim söhbət etsə, onlara ata öyüd-nəsihəti verər. Qadın müəllimlər deyirlər ki, dava edirlər özləri bilərlər, nəyimə lazımdır” (yenisabah.az).